Sayt haqqında

Fins.az saytı 18 oktyabr 2013-cü ildən Azərbaycanda ilk ixtisaslaşdırılmış sığorta xəbərləri portalı kimi fəaliyyətə başlayıb.

Tədricən portal maliyyə sektorunun digər sahələrini də əhatə etməyə başlayıb və banklar, kredit ittifaqları, lizinq şirkətləri və qiymətli kağızlar bazarının peşəkar iştirakçıları haqqında xəbərlər və analitik materiallar təqdim edib. 2015-ci ildən etibarən Fins.az-ın əhatə dairəsi daha da genişlənib; portal maliyyə sektoru ilə yanaşı, avtomobil, əmlak, turizm, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sənaye və nəqliyyat sahələrindəki yenilikləri də təqdim etməklə Azərbaycanda iqtisadi xəbərlərin əsas mənbəyinə çevrilib.

Hazırda portal multi-media xidmətlərindən aktiv istifadə edərək, sahibkarlarla geniş istehlakçı kütləsi arasında interaktiv əlaqə yaradır. Sahibkarlara maraqlı olan mövzu və məlumatları müxtəlif innovativ üsullarla təqdim etməklə, Fins.az ölkə biznesi üçün faydalı məlumat platformasına çevrilib.

Fins.az qazandığı nailiyyətlərə görə 2016-cı ildə biznes üçün faydalı məlumatlar platformasında "İlin Biznes Portalı" mükafatına layiq görülüb və eyni zamanda "Milli İnternet Mükafatı 2016"nın qalibi olub.