MÜSAHİBƏ

22 Oktyabr

AMB uçot dərəcəsini 7% səviyyəsində saxladı

Finss.az -Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8% səviyyəsində saxlanılıb.

AMB-nin açıqlamasında bildirilir ki, qərarın qəbulunda aşağıdakı amillər əsas götürülüb:

  • faktiki və gözlənilən inflyasiyanın hədəf intervalı (4±2%),

  • qlobal iqtisadiyyat və maliyyə bazarındakı mövcud vəziyyət,

  • daxili makroiqtisadi meyillər,

  • pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri.

Bank həmçinin bildirib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 10 dekabr 2025-ci il tarixində ictimaiyyətə açıqlanacaq.