Finss.az - Philippe Aghion və Peter Howitt müasir iqtisadi artımı “yaradıcı dağıdıcı” mexanizmi ilə izah edirlər. Bu mexanizmdə yeni məhsullar köhnələri əvəz edir və şirkətlər bazarda lider olmaq üçün innovasiyalar həyata keçirir.
Modelin əsas prinsipləri:
-
İnnovativ şirkətlər köhnə məhsulları bazardan çıxarır və yeni bazarlara çıxır.
-
Monopol gəlir perspektivi AR-GE-yə investisiyanı stimullaşdırır.
-
Rəqabət şirkətləri daha çox innovasiya yaratmağa vadar edir.
Howitt qeyd edir ki, texnoloji proqres məhsuldarlığı artır, lakin köhnəlmiş texnologiya ilə uğur qazanmış şirkətlər yeni texnologiyaları əngəlləyə bilər. Bu konflikt yeni və köhnə arasında iqtisadi artımın mərkəzi konsepsiyasıdır.
Aghion və Howitt-in nəzəriyyəsi göstərir ki, davamlı iqtisadi artım üçün rəqabət, innovasiya və yaradıcı dağıdıcı mexanizmin fəaliyyəti vacibdir. ABŞ və Avropanın təcrübəsi göstərir ki, innovasiya və rəqabət siyasəti iqtisadi inkişafın sürətini müəyyən edir.
Eləcədə bax: Nobel laureatları və biliklərin iqtisadi artımdakı rolu