Finss.az - Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 2020-ci il 44 günlük Vətən müharibəsində qazanılan zəfərin 5 illik yubileyi münasibətilə hər bir vətəndaşı “YAŞAT” Fonduna dəstək göstərməyə dəvət edir.
“Zəfər təkcə qazanılmır, həm də qorunur. Qəlbən bizi yaşadanları YAŞAT” şüarı ilə çıxış edən “PAŞA Bank” bu çağırışı “YAŞAT” Fondu ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirir.
“Bank olaraq inanırıq ki, kiçik bir ianə belə böyük minnətdarlıq və dəstək deməkdir. “YAŞAT” Fondu vasitəsilə göstərilən hər bir dəstək qəhrəmanlarımızın ailələrinə yardım və ehtiram deməkdir. Bank hər zaman vətəndaşlarımızı vətənimizin gələcəyini qoruyan təşəbbüslərə qoşulmağa çağırır. Bu zəfəri bizə yaşadan qəhrəmanları yaşatmaq hər birimizin borcudur,” - deyə, “PAŞA Bank”ın Marketinq direktoru Zara İbrahimzadə bildirib.
Qeyd edək ki, “PAŞA Bank”ın mobil tətbiqlərində “YAŞAT” Fonduna ianə üçün birbaşa keçidlər olacaq, bu isə vətəndaşlara ödənişi daha rahat etməyə imkan verəcək. Bankın çağırışına dəstək olmaq istəyən hər kəs linkə keçid edərək, “YAŞAT” Fonduna ianə edə bilər.
