Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" ASC-nin emitenti olduğu, illik gəlirliliyi 10,5%-ə qədər, tədavül müddəti 12 ay olan istiqrazların yerləşdirilməsinə 14 avqust 2025-ci il tarixində başlanılacaq.
Yerləşdirmə müddəti başlama tarixindən etibarən 7 (yeddi) iş günündən çox olmamaq şərti ilə tamamlanacaqdır. Buraxılış çərçivəsində 40 000 ədəd təminatsız, sənədsiz və adlı istiqraz tədavülə buraxılır. Hər bir istiqrazın nominal dəyəri 1 000 AZN, minimal investisiya məbləği isə 10 000 AZN təşkil edir.
Emissiyanın əsas anderrayteri "PAŞA Kapital", digər anderrayterləri isə "Unicapital" və "CPM Investment Company" investisiya şirkətləridir.
Ətraflı məlumat və istiqrazların baza emissiya prospektinin yekun şərtləri ilə tanış olmaq üçün: //www.pashabank.az/securities/lang,az/
