Finss.az - 25 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 12.08.2025-ci il tarixində keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
"FINCA Azerbaijan" MM QBKT |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2009019202 |
İstiqrazların növü və forması |
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması |
Kütləvi/ Birqiymətli hərrac |
İstiqrazların sayı |
10,000 ədəd |
İlkin ticarət qiyməti |
100 manat |
İstiqrazların buraxılış həcmi |
1,000,000 manat |
İllik gəlirlilik faizi |
15% |
Ödəmə Periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir |
Tədavül müddəti |
18 ay |
Ticarətə buraxılma tarixi |
12.08.2025 |
Anderrayter |
“Unicapital İ.Ş.” ASC |