MÜSAHİBƏ

25 İyul

6 ayda 36,8 milyard manatlıq qiymətli kağız alınıb-satılıb

Finss.az - Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qiymətli kağızlar bazarında ümumilikdə 36 milyard 855,9 milyon manatlıq əməliyyat həyata keçirilib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 98 % və ya təxminən 2 dəfə çoxdur.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu dövrdə əqdlərin 3 072 milyon manatlıq hissəsi ilkin bazarda, 33 milyard 783,9 milyon manatlıq hissəsi isə təkrar bazarda formalaşıb. İlkin bazarda əməliyyatların həcmi 28,2 % azalsa da, təkrar bazarda 2,4 dəfə artım müşahidə olunub.

Hesabat dövründə ümumilikdə 15 920 əqd bağlanılıb ki, bu da illik müqayisədə 2,2 dəfə çoxdur. Əqdlərin 1 494-ü ilkin bazarın, 14 426-sı isə təkrar bazarın payına düşüb. Hər iki bazarda əqdlərin sayı müvafiq olaraq 26,4 % və 2,3 dəfə artıb.