MÜSAHİBƏ

25 İyul

Azərbaycanda bankların cəmi aktivləri 12,7% artıb

2025-ci ilin iyun ayının sonuna Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 56,734 milyard manat təşkil edib.

Finss.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,406 milyard manat və ya 12,7% artıb.

Qeyd edək ki, 2024-cü ilin iyun ayının sonunda bankların cəmi aktivləri 50,328 milyard manat olub.

Fuad Mədətov
Finss.az