MÜSAHİBƏ

21 İyul

Dünyanın ən güclü dördüncü nəsil tədqiqat reaktoru

Finss.az - Rusiyada yerləşən “Atom” muzeyində 16 iyul 2025-ci ildə Özbəkistan Respublikası Elmlər Akademiyasının Nüvə Fizikası İnstitutu dördüncü nəsil MBIR çoxməqsədli tədqiqat reaktorunun Konsorsiumuna qoşulub.

Sazişi “Rosatom”un nümayəndəsi Vasili Konstantinov və institutun direktoru İlham Sadikov imzalayıb.

“Rosatom”un Dimitrovqradda inşa etdiyi MBIR reaktoru 150 meqavat gücündə olacaq və 2028-ci ildə işə düşəcək. Bu reaktor dünyada ən güclü tədqiqat reaktoru kimi fəaliyyət göstərəcək.

Layihəyə Özbəkistanın qoşulması nüvə tədqiqatlarında beynəlxalq əməkdaşlığı genişləndirir və alimlərə fundamental araşdırmalar aparmaq imkanı verir. MBIR həm elmi tədqiqatların, həm də kadr hazırlığının inkişafında önəmli rol oynayacaq.

İlham Sadikov bildirib ki, bu əməkdaşlıq ölkəsinin nüvə elmi sahəsində mövqeyini möhkəmləndirəcək və gələcək texnologiyaların yaradılmasına təkan verəcək.