MÜSAHİBƏ

18 İyul

“E-manat” lisenziyasının qüvvəsi məhdudlaşdırılıb

Finss.az - Azərbaycan Mərkəzi Bankı (AMB) “E-manat” əmtəə nişanının sahibi “Modenis” MMC-yə 18 sentyabr 2024-cü il tarixində verilmiş lisenziyanın qüvvəsini məhdudlaşdırıb.

Qurumdan verilən məlumata görə, “Modenis” MMC-yə lisenziya “ödəniş əməliyyatının ekvarinqi” və “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” fəaliyyət sahələri üzrə təqdim edilmişdi.

Lisenziyanın məhdudlaşdırılması təşkilatın müraciəti əsasında həyata keçirilib. Müraciətə uyğun olaraq, “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” üzrə ödəniş xidməti lisenziyası ləğv edilib.

Qeyd olunub ki, “Modenis” MMC bundan sonra yalnız ödəniş təşkilatı kimi fəaliyyətini davam etdirəcək.