MÜSAHİBƏ

15 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 57-VIIQD nömrəli Qanununun tətbiqi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 9 dekabr tarixli 242 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 384 (Cild I); 2024, № 1, maddə 111, № 3, maddə 303, № 9, maddə 1090) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qərarla təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları” üzrə:

1.1. 1.3.1-ci yarımbənddə “dövlət reyestri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən etdiyi bölgü üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən siyasi partiyalar, xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri istisna olmaqla,” sözləri “(o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən siyasi partiyaların və xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin) dövlət reyestri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən” sözləri ilə əvəz edilsin;

1.2. 2.3.1-ci yarımbənddən “siyasi partiyaların,” sözləri çıxarılsın;

1.3. aşağıdakı məzmunda 2.3.1-2-ci yarımbənd əlavə edilsin:

“2.3.1-2. siyasi partiyaların fəaliyyətinin dayandırılması və bərpa edilməsi barədə, habelə onlara edilmiş yazılı xəbərdarlıqlar və onların icrası barədə məlumatlar;”;

1.4. 3.1.2-ci yarımbənddə “partiyada rəhbər orqanlarının” sözləri “partiyanın” sözü ilə əvəz edilsin;

1.5. aşağıdakı məzmunda 3.2.3-5-ci yarımbənd əlavə edilsin:

“3.2.3-5. siyasi partiyalarda - üzvlərin reyestri;”;

1.6. 4.5-ci bəndə “hissədən” sözündən sonra “, siyasi partiyalara münasibətdə isə 3-cü hissədən” sözləri, “Məqsədi, əmlak vəziyyəti” sözlərindən sonra “, 3-cü hissə “Siyasi partiya üzvlərinin reyestri” sözləri əlavə edilsin;

1.7. 4.10-cu bəndə “Q) digər qeydlər” yarımbəndindən sonra “; SR) siyasi partiya üzvlərinin reyestri” yarımbəndi əlavə edilsin;

1.8. 6.3-cü bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Siyasi partiyaların üzvlərinin reyestri barədə məlumatlar sorğu əsasında “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.9.1-ci, 15.9.2-15.9.4-cü və 15.9.7-ci maddələrində nəzərdə tutulmuş hallarda verilir.”;

1.9. 6.6-cı bəndə “payları” sözündən sonra “, siyasi partiyaların üzvlərinin reyestri” sözləri əlavə edilsin;

1.10. 6.7-ci bəndə “Nazirliyinə” sözündən sonra “, siyasi partiyalara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına” sözləri əlavə edilsin;

1.11. 6.8-ci bənd üzrə:

1.11.1. birinci cümləyə “Nazirliyinə” sözündən sonra “, siyasi partiyalara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına” sözləri əlavə edilsin;

1.11.2. ikinci cümlə üçüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə apellyasiya məhkəməsinin qərarı qüvvəyə mindiyi tarixdən 3 gün müddətində, həmçinin siyasi partiyanın ləğvi barədə qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi tarixdən 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bu barədə məlumatları öz rəsmi internet saytında dərc etdirir və (və ya) yayımlayır.”.

2. Həmin Qərarla təsdiq edilmiş “Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət reyestr kitabı”na “III hissə Siyasi partiya üzvlərinin reyestri” əlavə edilsin:

“reyestr nömrəsi _________________

qeydiyyat tarixi _________________

səhifə ____________

 Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət reyestr kitabı

III hissə

Siyasi partiya üzvlərinin reyestri

 

Sıra nömrəsi

Siyasi partiyanın adı

 

 

 

 

 

Sıra

nömrəsi

Üzvün adı

Soyadı

Atasının adı

Doğulduğu

tarix

Qeydiyyat

ünvanı

Qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda)

Əlaqə telefon nömrəsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 14 ” “ iyul ” 2025-ci il

№ 209