Finss.az - 2025-ci ilin II rübünün yekunlarına əsasən, ölkənin ən böyük özəl banklarından biri olan Xalq Bankın aktivləri ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 11.2% artaraq 3,441 mlrd manat təşkil etmişdir.
Qeyd olunan tarixə Bankın kredit portfelinin həcmi (digər maliyyə institutları daxil) 1,908 mlrd manat, depozitlərin həcmi ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 10.2% artaraq 2.4 mlrd manat təşkil etmişdir.
2025-ci ilin II rübünün sonuna Bankın cəmi kapitalı ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 11.5%, yəni 55,0 mln manat artaraq 534,00 mln manat, xalis mənfəəti 26,6 mln manat təşkil etmişdir.
Bankın faiz gəlirləri ötən ilin eyni dövrünün sonu ilə müqayisədə 11,8% artaraq 101,6 mln manata, qeyri-faiz gəlirləri isə 31% artaraq 26,4 mln manata yüksəlib.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, //www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.