MÜSAHİBƏ

15 İyul

AÇG yatağından qaz hasilatı artıb

Cari ilin yanvar-iyul aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 6,6 milyard kubmetr təbii qaz hasil edilib.

Finss.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 milyard kubmetr və ya 1,5% çoxdur. 2024-cü ilin yanvar-iyul aylarında AÇG yatağından 6,5 milyard kubmetr qaz çıxarılmışdı.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda ümumilikdə 25,2 milyard kubmetr təbii qaz hasil olunub. Bu həcm çərçivəsində:

  • 6,6 milyard kubmetr “Azəri-Çıraq-Günəşli”nin,
  • 13,8 milyard kubmetr “Şahdəniz”in,
  • 0,8 milyard kubmetr “Abşeron” yatağının,

Təxminən 4 milyard kubmetr isə SOCAR-ın payına düşüb.

Fuad Mədətov
Finss.az