MÜSAHİBƏ

15 İyul

SOCAR 1,4 milyon ton neft ixrac edib

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan 11,6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.

Finss.az Energetika Nazirliyinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 300 min ton və ya 2,5% azdır. Belə ki, 2024-cü ilin birinci yarısında ixrac həcmi 11,9 milyon ton təşkil etmişdi.

Cari ilin ilk 6 ayı ərzində ixraca yönəldilən neftin bölgüsü aşağıdakı kimidir:

  • 9,9 milyon ton – beynəlxalq konsorsiumların payına düşüb;
  • 1,4 milyon ton – SOCAR tərəfindən;
  • 0,3 milyon ton – “Abşeron” yatağından.

Neft hasilatı – detallar

Hesabat dövründə ölkə üzrə ümumi neft (kondensatla birlikdə) hasilatı 13,7 milyon ton olub. Bu həcmin strukturu aşağıdakı kimidir:

  • 8 milyon ton – “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından,
  • 1,9 milyon ton (kondensat) – “Şahdəniz” yatağından,
  • 0,3 milyon ton (kondensat) – “Abşeron” yatağından,
  • 3,5 milyon ton – SOCAR-ın hasilatı.

Orta gündəlik hasilat:

  • Xam neft – 61,9 min ton (təxminən 457 min barrel),
  • Kondensat – 13,7 min ton (təxminən 113 min barrel),
  • Ümumi hasilat – 75,6 min ton (təxminən 570 min barrel).

Neft emalı

2025-ci ilin ilk yarısında ölkədə 2,9 milyon ton xam neft emal olunub.

Fuad Mədətov
Finss.az