MÜSAHİBƏ

14 İyul

Azərbaycanda xam neft və təbii qaz hasilatı 6,6% azalıb

2025-ci ilin ilk yarısında Azərbaycanda 17,708 milyard manat dəyərində xam neft və təbii qaz hasil edilib.

fİNSS.Z xəbər verir ki, məlumat Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə hasilatın dəyəri 1,253 milyard manat və ya 6,6% azalıb. 2024-cü ilin birinci yarısında isə bu göstərici 18,961 milyard manat təşkil etmişdi.

Hesabat dövründə ölkədə mədənçıxarma sənayesində ümumi istehsalın dəyəri 19,3 milyard manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,8% azalma deməkdir.

Sahənin əsas məhsulları olan əmtəəlik neft hasilatı 13,7 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 19,3 milyard kub metr səviyyəsindədir. Əmtəəlik neft hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% azalarkən, təbii qaz hasilatı 1,1% artıb.