MÜSAHİBƏ

11 İyul

16 milyonluq borclu şirkətin yarım milyonluq əmlakı satışda

Finss.az - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin dövlət büdcəsinə olan 15,933,693.69 manatlıq borcunun bir hissəsinin ödənilməsini təmin etmək məqsədilə şirkətin 510,800 manat dəyərində əmlakının satışına qərar verilməsini xahiş edib.

Bakı İnzibati Məhkəməsinin qərarına əsasən, əmlak müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi qurum vasitəsilə satışa çıxarılacaq. Bu addım borcun müəyyən hissəsinin ödənilməsi üçün atılıb.