Finss.az - ABŞ Federal Ehtiyat Sistemi (FED) rəhbəri Cerom Pauellə Ağ Ev tərəfindən büdcə pozuntusunda ittiham olunub.
FED-in qərargah binasının təmiri üçün ayrılan vəsait ilkin planı 700 milyon dollar üstələyib. Ağ Ev İdarəetmə və Büdcə İdarəsinin rəhbəri Rassel Vout bildirib ki, təmir layihəsində bahalı mərmər və VIP lifləri kimi lüks elementlər nəzərdə tutulub. Xərclər 2,5 milyard dolları aşaraq Fransadakı Versal sarayının tikintisinə bənzədilib.
Senatın Bank Komitəsi rəhbəri Tim Skott da bu yüksək xərcləri ABŞ vətəndaşlarının maliyyə çətinlikləri ilə əlaqələndirərək tənqid edib. Cerom Pauell isə medianın bu barədəki məlumatlarını təkzib edərək, bir çox elementlərin layihədən çıxarıldığını bildirib.
Prezident Donald Tramp isə faiz dərəcələrinin indiki səviyyədən ən azı 3 faiz bəndi aşağı olmasını tələb edir. FED isə tarif müharibəsinin inflyasiyaya təsirini dəqiq qiymətləndirmədən pul siyasətini yumşaltmayacağını açıqlayıb.