MÜSAHİBƏ

10 İyul

ABŞ-da ipoteka faizləri 6,77%-ə qədər azaldı

Finss.az - Keçən həftə ABŞ-da uzunmüddətli ipoteka kreditlərinin orta faiz dərəcəsi 2 baza nöqtəsi azalaraq 6,77%-ə düşüb.

Bu, aprelin əvvəlindən bəri ən aşağı səviyyədir. Ötən ilin müvafiq dövründə faiz dərəcəsi 7% təşkil edirdi.

İpoteka bankirlərinin Assosiasiyasının (MBA) məlumatına görə, 4 iyulla bitən həftədə ipoteka kreditlərinə müraciətlər 9,4% artaraq aylıq maksimuma çatıb. Yeni ev almaq üçün müraciətlər isə əvvəlki həftə ilə müqayisədə 9%, illik bazada isə 25% yüksəlib. Mövcud ipoteka kreditlərinin refinanslaşdırılması üzrə müraciətlər də həftəlik 9%, illik isə 56% artıb.

MBA-nın baş iqtisadçısının müavini Coel Kan qeyd edib ki, ev almaq üçün tələbat təklifin artması və mənzil qiymətlərində artımın yavaşlaması ilə dəstəklənir. Ev almaq üçün müraciətlərin orta kredit məbləği 432,600 dollar olub ki, bu da 2025-ci ilin yanvarından bəri ən aşağı göstəricidir.