MÜSAHİBƏ

10 İyul

İngiltərə Bankı: Şirkətlər yeni şoklara davamlıdır

Finss.az - İngiltərə Bankının maliyyə sabitliyi üzrə son hesabatına görə, əksər Britaniya şirkətləri mənfəətlərinin 10%-lik azalması və borclanma xərclərinin artması kimi mənfi ssenarilərə baxmayaraq, maliyyə öhdəliklərini yerinə yetirə biləcək vəziyyətdədirlər.

Hesabatda qeyd olunur ki, geosiyasi gərginlik, ticarət və maliyyə bazarlarının parçalanması kimi risklər yüksək olaraq qalır. Bu risklər Britaniya kimi açıq iqtisadiyyata və iri maliyyə sektoruna malik ölkələr üçün xüsusilə vacibdir.

Ticarət risklərinə ən çox məruz qalan şirkətlər ölkədəki iş yerlərinin 60%-ni təmin etsə də, onların ümumi korporativ borclardakı payı cəmi 30%-dir. Mərkəzi Bank bildirir ki, ev təsərrüfatları və şirkətlər üçün ümumi iqtisadi perspektivlər müsbət olaraq qalır.

Bank sistemi üzrə kapital səviyyəsi qənaətbəxş qiymətləndirilsə də, son qiymətləndirmənin beş il əvvəl aparıldığı üçün yeni qiymətləndirmə planlaşdırılır. Onun nəticələri növbəti maliyyə sabitliyi hesabatı ilə birgə açıqlanacaq.