Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi çərçivəsində 2025-ci il iyulun 1-nə qədər ümumilikdə 49 270 ədəd əmlak sığortası satılıb.
Finss.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) baş meneceri Rasim Abdullayev məlumat verib.
Onun sözlərinə görə, yalnız 2025-ci ilin birinci yarısında 8 609 əmlak sığortası müqaviləsi bağlanıb. Əvvəlki illərdə bu göstərici belə olub:
- 2022-ci il – 11 135 sığorta
- 2023-cü il – 13 668 sığorta
- 2024-cü il – 15 858 sığorta
Bundan başqa, bu dövr ərzində ipoteka kreditləri ilə bağlı 20 436 ədəd həyat sığortası müqaviləsi bağlanıb. Təkcə 2025-ci ilin ilk altı ayı ərzində bu göstərici 2 686 təşkil edib. Digər illər üzrə dinamika isə belədir:
- 2022-ci il – 6 158 sığorta
- 2023-cü il – 6 363 sığorta
- 2024-cü il – 5 229 sığorta
R.Abdullayev əlavə edib ki, son 4 ildə Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə ümumilikdə 18 600 əmlak qiymətləndirilib.
Qeyd edək ki, ipoteka kreditləri ilə bağlı sığorta mexanizmləri həm borcalanların, həm də maliyyə institutlarının risklərini minimuma endirməyə yönəlib və bazarda maliyyə dayanıqlığını artıran əsas vasitələrdən biri hesab olunur.
Fuad Mədətov
Finss.az