MÜSAHİBƏ

09 İyul

SOCAR-ın 2024-cü il xalis mənfəəti 2.927 milyard manat oldu

Finss.az - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2024-cü ildə 84.689 milyard manat gəlir əldə edib və 2.927 milyard manat xalis mənfəət göstərib.

Bu, 2023-cü ildəki 2.073 milyard manat xalis mənfəətə nisbətən əhəmiyyətli artımdır.

Lakin şirkətin gəlirləri ötən ilə nisbətən 0.6 faiz azalaraq 85.201 milyard manatdan 84.689 milyard manata düşüb. Gəlirlərin əsas hissəsi İsveçrədən gəlib – 53.868 milyard manat, lakin bu rəqəm 2023-cü ildəki 58.649 milyard manatdan azdır.

Türkiyədən gəlirlər 9.703 milyard manata yüksələrək əvvəlki ilin 8.795 milyard manatını ötüb. Azərbaycanda isə gəlirlər cüzi azalıb və 8.153 milyard manat olub. Birləşmiş Ərəb Əmirliklərində gəlirlər 5.676 milyard manatdan 8.823 milyard manata ciddi artıb, Gürcüstanda isə gəlirlər dəyişməyib – 1.556 milyard manat səviyyəsində qalıb.

Gəlirlərin 47.272 milyard manatı xam neft satışından, 19.169 milyard manatı isə neft məhsullarının satışından əldə olunub.

Maya dəyəri isə 0.8 faiz artaraq 77.296 milyard manata yüksəlib və bu, şirkətin ümumi mənfəətini 8.562 milyard manatdan 7.393 milyard manata azaldıb.

SOCAR-ın ümumi inzibati xərcləri 2.252 milyard manat, paylaşma xərcləri 2.045 milyard manat olub. Ən böyük xərc isə 2.074 milyard manatla maliyyə xərcləridir.

Ötən il şirkət 912 milyon manat mənfəət vergisi ödəyib. Xalis mənfəətdən sonra bölüşdürülməmiş kapital 18.131 milyard manat səviyyəsindədir.