MÜSAHİBƏ

09 İyul

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 13% artıb

Cari ilin iyul ayının birinə Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 21 min 282 olub.

Bu barədə Finss.az-a Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 12,5% artıb və 576 təşkil edib.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 6,8% artaraq 6 min 050 olub.

Qeyd edək ki, cari ilin iyulun biri tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,7% artaraq 820,9 min olub. Aktiv ƏDV ödəyicilərinin sayı isə 5,2% artaraq 55,6 min təşkil edib. Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4% artıb və 226,1 min olub.

Fuad Mədətov
Finss.az