Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra kənd təsərrüfatı sahəsində əhəmiyyətli irəliləyişlər əldə olunub. Bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artıb, ərzaq təhlükəsizliyi əsas məhsullar üzrə təmin edilib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, kənd təsərrüfatında strateji qərarların qəbuluna dəstək verən əsas məlumat mənbələrindən biri olan kənd təsərrüfatı siyahıyaalması bu il 15 iyul – 15 avqust tarixləri arasında keçiriləcək.
Maraqlı məqamlardan biri odur ki, bu dəfəki siyahıyaalma ölkə tarixində ilk dəfə olaraq işğaldan azad olunmuş əraziləri də əhatə edəcək. Siyahıyaalma hər on ildən bir aparılır və sektorun planlı inkişafı üçün baza məlumatların toplanmasında mühüm rol oynayır.