MÜSAHİBƏ

04 İyul

ÜST qiymətlərin 50% artırılmasını təklif edir

Finss.az - Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) növbəti 10 il ərzində şirin içkilər, spirtli içkilər və tütün məhsullarının qiymətlərini 50% artırmaq təklifini irəli sürüb.

Bu addım aksiz vergilərinin artırılması yolu ilə həyata keçiriləcək və ictimai səhiyyə problemlərinin həllinə yönəldilmiş qəti tədbirlərdən biri kimi qiymətləndirilir.

ÜST-in fikrincə, qiymət artımı şəkərli diabet, xərçəng və digər xəstəliklərə səbəb olan məhsulların istehlakını azaltmaqla yanaşı, əlavə maliyyə vəsaitlərinin toplanmasına da şərait yaradacaq. Təklif olunan tədbirlər sayəsində 2035-ci ilə qədər 1 trilyon ABŞ dolları həcmində vəsaitin cəlb olunması gözlənilir.

ÜST baş direktorunun müavini Cere­mi Farrar aksizlərin ən effektiv alətlərdən biri olduğunu qeyd edib və "İndi qəti tədbirlər görmək vaxtıdır" – deyə vurğulayıb. Baş direktor Tedros Adanom Gebreyesus isə aksizlərin ölkələrin səhiyyə sistemlərini gücləndirməsinə kömək edəcəyini bildirib.

Bu təşəbbüs BMT-nin maliyyələşdirmə üzrə Səviyyə konfransında təqdim olunub və uzunmüddətli səhiyyə siyasətində önəmli addım kimi qiymətləndirilir.