MÜSAHİBƏ

04 İyul

“MilliKart” ödəniş sistemi operatoru lisenziyası aldı

Finss.az - “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi aparılıb.

Bu çərçivədə Mərkəzi Bankın İdarə Heyətinin qərarına əsasən, “MilliKart” MMC-yə ödəniş sistemi operatoru kimi fəaliyyət göstərmək hüququ verilib. Şirkətə bu sahədə fəaliyyəti həyata keçirmək üçün müddətsiz lisenziya təqdim olunub.

Qeyd edək ki, bu addım ölkədə rəqəmsal maliyyə infrastrukturunun inkişafı və nağdsız ödənişlərin genişləndirilməsi siyasəti çərçivəsində atılıb.