MÜSAHİBƏ

03 İyul

Azərbaycanda İş Elanı Saytı Axtarırsınız? Work.az ilə Karyeranıza Tək Platformadan Başlayın!

Bugünkü əmək bazarında yalnız “iş tapmaq” kifayət etmir – inkişaf etmək, şəbəkə qurmaq, mentor dəstəyi almaq və təcrübə qazanmaq artıq karyera yolunun ayrılmaz hissəsidir. Bütün bu imkanları bir platformada birləşdirən nadir nümunələrdən biri də work.az saytıdır.

Work.az nədir?

Work.az – Azərbaycanda innovativ yanaşma ilə yaradılmış ilk karyera və inkişaf platformasıdır. Burada istifadəçilər yalnız vakansiyalara baxmaqla kifayətlənmir, həm də özlərini bir neçə istiqamətdə inkişaf etdirə bilirlər. Platformanın əsas məqsədi – iş axtaran, frilanser, mentor və ya sadəcə özünü inkişaf etdirmək istəyən şəxsləri vahid bir ekosistem daxilində birləşdirməkdir.

Saytda nə var?

  • İş Elanları və Vakansiyalar: Tam ştat, part-time, frilanser və uzaqdan işləmə formatında müxtəlif sahələr üzrə vakansiyalar.
  • Təcrübə və Könüllülük Proqramları: Tələbələr və yeni başlayanlar üçün real iş təcrübəsi və sosial layihələrdə iştirak imkanları.
  • Mentorluq Sistemi: İstifadəçilər peşəkar mentorlarla görüş təyin edə bilər və ya özləri mentor olaraq başqalarına dəstək ola bilərlər.
  • Təlim və Tədbirlər: Seminarlar, vebinarlar və sahə üzrə tədbirlər birbaşa platformada paylaşılır.
  • Frilanser Xidmətləri və Tapşırıqlar: Bacarığını sərgilə, tapşırıq qəbul et, müştəri qazan və gəlir əldə et.

Fərqimiz nədir?

Ənənəvi vakansiya saytlarından fərqli olaraq, work.az-da sistem sizi aktiv axtarışa məcbur etmir. Sadəcə qeydiyyatdan keçib profilini maraq dairənə uyğun doldur, və uyğun fürsətlər birbaşa sənə gəlir.

Üstəlik, ilk elanlar və xidmətlər ödənişsizdir. Bu da platformaya rahat başlamaq üçün fürsət yaradır.

Son olaraq...

Əgər sən də iş axtarırsansa, ya da sahib olduğun bilik və bacarığın başqa insanlara faydalı olmasını istəyirsənsə – work.az-da yerin hazırdır.