MÜSAHİBƏ

02 İyul

“Xalq Sığorta”nın sığorta haqları 18,2% artıb

2025-ci ilin yanvar-may aylarında “Xalq Sığorta” ASC 11 milyon 446 min manat sığorta haqqı toplayıb.

Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon 759 min manat və ya 18,2% artım deməkdir. Ötən ilin yanvar-may aylarında şirkət 9 milyon 687 min manat sığorta haqqı toplayıb.

Sığorta ödənişlərinə gəlincə, cari ilin ilk beş ayında “Xalq Sığorta” ASC 3 milyon 438 min manat sığorta ödənişi həyata keçirib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 815 min manat və ya 19,2% azalma deməkdir. Ötən ilin eyni dövründə sığorta ödənişləri 4 milyon 253 min manat təşkil edib.

Fuad Mədətov
Finss.az