2025-ci ilin yanvar-may aylarında “Meqa Sığorta” ASC 12 milyon 943 min manat sığorta haqqı toplayıb.
Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon 946 min manat və ya 13,1% azalma deməkdir. Ötən ilin yanvar-may aylarında şirkət 14 milyon 889 min manat sığorta haqqı toplamışdı.
Sığorta ödənişlərinə gəlincə, cari ilin ilk beş ayında 6 milyon 651 min manat sığorta ödənişi həyata keçirilib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 986 min manat və ya 17,4% artım deməkdir. Beləliklə, ötən ilin eyni dövründə sığorta ödənişləri 5 milyon 565 min manat təşkil edib.
Fuad Mədətov
Finss.az