MÜSAHİBƏ

01 İyul

Xiaomi-dən Nürburqrinq şərəfinə iki yeni versiya

Finss.az - Xiaomi-nin yüksək performanslı elektrik sedanı SU7 Ultra, Nürburqrinq trasında Mercedes-AMG One super avtomobilini geridə qoyaraq yeni rekord müəyyən edib.

Almaniyada keçirilən testdə pilot Devid Pittard, SU7 Ultra-nın prototipi ilə 20.8 km-lik Nürburqrinq dövrəsini cəmi 6 dəqiqə 22.091 saniyəyə tamamlayıb. Bu göstərici təkcə ötənilki SU7 Ultra prototipinin nəticəsini (6:46.874) deyil, həm də seriyalı Mercedes-AMG One-un göstəricisini (6:29.090) üstələyib.

Uğuru qeyd etmək üçün Xiaomi iki yeni xüsusi versiya təqdim edib:

Track Package — SU7 Ultra üçün 100 000 yuana təklif edilən təkmilləşdirmə paketi ilə avtomobilin qiyməti 629 900 yuana yüksəlir. Paketə Bilstein EVO R coilover-ləri, gücləndirilmiş əyləc və soyutma sistemləri, yüksək performanslı batareya və Pirelli yarımslik təkərlər daxildir.

Nürburgring Edition — Cəmi 10 ədəd istehsal olunacaq eksklüziv versiya. Arxa oturacaqlar təhlükəsizlik karkası ilə əvəz edilib, ön tərəfdə yarış oturacaqları (“kovş”lar) quraşdırılıb, karbon kapot və sabit arxa spoyler əlavə olunub. Qiyməti — 814 900 yuan.

Hər iki versiya 1 548 at gücü1 770 Nm fırlanma anı ilə təchiz olunub. Maksimal sürət limiti də aradan qaldırılıb – indi avtomobil 350 km/saat sürət yığa bilir.