MÜSAHİBƏ

24 İyun

Mərkəzi Bank süni intellektlə risklərə qarşı nəzarəti gücləndirir

Mərkəzi Bank 2024–2026-cı illəri əhatə edən “Maliyyə Sektorunun İnkişafı Strategiyası” çərçivəsində nəzarət sistemini müasirləşdirir. Hazırda əsas diqqət risk əsaslı nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə yönəlib. Bu mərhələdə süni intellekt əsaslı modellərin tətbiqi də gündəmdədir.

Finss.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin üzvü, sədr müavini Vüsal Xəlilov “FINTEX SUMMIT 2025” tədbirində çıxışında danışıb.

“Burada paylaşmaq istədiyim əsas fikir budur: nəzarət mexanizmləri təkcə hüquqi tənzimləmə vasitəsi deyil, həm də rəqabətli maliyyə mühitinin qurulmasına və sektorun potensial risklərdən qorunmasına xidmət edən vacib alətdir”, – deyə Vüsal Xəlilov qeyd edib.

Onun sözlərinə görə, qanunun aliliyinə söykənən nəzarət yanaşması maliyyə bazarının davamlı inkişafını və şəffaf fəaliyyətini təmin etmək baxımından həlledici rol oynayır.

Fuad Mədətov
Finss.az