2025-ci ilin yanvar-may aylarında Azərbaycandan İndoneziyaya 72,1 milyon ABŞ dolları dəyərində 130,9 min ton xam neft və neft məhsulları ixrac olunub.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19,6 milyon dollar, yəni 37,3%, həcm baxımından isə 44,2 min ton və ya 51% artım deməkdir.
Beləliklə, İndoneziya Azərbaycan neftinin ən çox ixrac edildiyi ölkələr arasında 12-ci yerdə qərarlaşıb.
Eyni zamanda, cari ilin ilk beş ayında Azərbaycandan ümumilikdə 17 ölkəyə 5,6 milyard dollar dəyərində 10,4 milyon ton xam neft və neft məhsulları göndərilib. Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 615,9 milyon dollar və ya 9,8% azalıb, həcm ifadəsində isə 493,4 min ton və ya 5% artıb.
Fuad Mədətov
Finss.az