MÜSAHİBƏ

23 İyun

Bu il 148.678 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Finss.azİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-may ayları ərzində daşınmaz əmlak üzərində 148.678 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Qeydiyyata alınan mülkiyyət hüququnun 24.947-si (16,8%) ilkin, 123.731-i (83,2%) isə təkrar qeydiyyatın payına düşür.

Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası

2025-ci ilin ilk beş ayı ərzində fərdi yaşayış və bağ evi üzərində – 26.019, mənzil – 35.630, torpaq sahəsi – 81.642, qeyri-yaşayış binası – 1.237, qeyri-yaşayış sahəsi – 3.794, əmlak kompleksi – 285, çoxmərtəbəli yaşayış binası – 68 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 38.859-u Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Texniki pasport və ipoteka müqavilələrinin sayı

Bu ilin yanvar-may ayları ərzində 105.328 texniki pasport tərtib edilib, 24.599 ipoteka müqaviləsi qeydiyyata alınıb.