MÜSAHİBƏ

23 İyun

Zakir Nuriyev: Son 6 ildə bank sektorunun aktivləri 80%, kredit portfeli isə 125% artıb

Azərbaycanın bank sektoru son illərdə əhəmiyyətli artım dinamikası nümayiş etdirib.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev Birinci Beynəlxalq Kredit Hesabatlılığı Konfransında çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, 2024-cü ildə bank sektorunun ümumi aktivləri 53 milyard manata çatıb ki, bu da 2018-ci illə müqayisədə 80%-lik artım deməkdir. Kredit portfelinin həcmi isə son 7 ildə 125% artaraq 29,3 milyard manata yüksəlib.

"Bu dövr ərzində problemli kreditlərin həcmi də əhəmiyyətli dərəcədə azalıb. Belə ki, vaxtı ötmüş kreditlər 2018-ci illə müqayisədə 72% azalaraq 449 milyon manata enib", – deyə Z. Nuriyev çıxışında vurğulayıb.

Konfrans çərçivəsində çıxış edən ABA prezidenti bu göstəricilərin bank sektorunun sağlamlaşması və risklərin effektiv idarə olunması baxımından mühüm göstəricilər olduğunu bildirib.

Fuad Mədətov
Finss.az