MÜSAHİBƏ

23 İyun

İctimai iaşə sektorunda yüksək artım müşahidə olunub

Finss.az - 2025-ci ilin yanvar-may aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi real ifadədə ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,6 faiz artaraq 987,9 milyon manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Hesabat dövründə ictimai iaşə sahəsində dövriyyənin böyük hissəsi — 51,3 faizi hüquqi şəxslərin, 48,7 faizi isə fiziki şəxslərin payına düşüb. Özəl sektorun bu sahədə əsas hərəkətverici qüvvə olması diqqət çəkir.

Hüquqi şəxslər üzrə ictimai iaşə dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq 502,2 milyon manat olub. Bu isə ölkədə restoran, kafe və digər xidmət obyektlərində fəaliyyətin genişləndiyini və istehlak tələbatının artdığını göstərir.