Finss.az - Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən, “Forfinance” Məhdud Məsuliyyətli Cəmiyyətinə bank olmayan kredit təşkilatı (BOKT) kimi fəaliyyət göstərmək üçün lisenziya verilib.
Qərar “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qəbul olunub. Bu lisenziya “Forfinance” MMC-yə kreditlərin verilməsi və qanunvericiliklə müəyyən edilmiş digər maliyyə xidmətləri göstərmək imkanı yaradır.
Yeni lisenziya sahibinin maliyyə bazarına daxil olması sektorun rəqabətliliyini artırmaqla yanaşı, müştərilərin maliyyə resurslarına çıxış imkanlarını da genişləndirəcək.