MÜSAHİBƏ

23 İyun

Azərbaycandan BƏƏ-yə və əks istiqamətdə pul köçürmələri xeyli artıb

2025-ci ilin birinci rübündə Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) fiziki şəxslərin pul köçürmələrinin həcmi 18,785 milyon ABŞ dolları olub.

Finss.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,855 milyon dollar və ya 52,1% artım nümayiş etdirib.

Hesabat dövründə Azərbaycandan xaricə edilən ümumi pul köçürmələrində BƏƏ-nin payı 4,8% təşkil edib.

Eyni zamanda, 2025-ci ilin ilk üç ayında BƏƏ-dən Azərbaycana fiziki şəxslərin pul köçürmələri 7,764 milyon dollar səviyyəsində olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 176 min dollar və ya 2,3% çoxdur.

Bu dövrdə xaricdən Azərbaycana ümumi pul köçürmələrində BƏƏ-nin xüsusi çəkisi 3,4% olub.

Qeyd edək ki, 2024-cü ilin ilk rübündə Azərbaycandan BƏƏ-yə pul köçürmələrinin həcmi 3,560 milyon dollar, əks istiqamətdə isə 7,588 milyon dollar təşkil etmişdi.

Ümumilikdə, 2025-ci ilin birinci rübündə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin pul köçürmələrinin həcmi 112,674 milyon dollar olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,811 milyon dollar və ya 14,3% azalma deməkdir.

Xarici ölkələrdən Azərbaycana edilən pul köçürmələri isə 229,494 milyon dollar təşkil edib, bu da 2024-cü ilin birinci rübünə nisbətən 64,926 milyon dollar və ya 22,1% azdır.

Fuad Mədətov
Finss.az