Azərbaycan və Özbəkistan 2030-cu ilə qədər illik ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılması ilə bağlı razılıq əldə edib.
Finss.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Özbəkistan Regionlararası Forumda bildirib.
Nazir qeyd edib ki, bu hədəfə yalnız ticarətin artırılması ilə deyil, qarşılıqlı investisiya və sənaye kooperasiya layihələrinin genişləndirilməsi ilə nail olmaq mümkündür: "Bu istiqamətdə bir sıra addımlar atılır".
O həmçinin bildirib ki, ölkələr arasında iqtisadi-ticarət münasibətləri davamlı müsbət dinamika nümayiş etdirir: "Bu ilin ilk 5 ayında Özbəkistanla ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çox artaraq 200 milyon ABŞ dollarını ötüb".