“Azərbaycan Beynəlxalq Bankı” (ABB) əmanəti olan müştərilər üçün nağd pul kreditini təqdim edir.
Finss.az xəbər verir ki, bu kredit məhsulu əmanətlərin 60%-dək, maksimum 50 000 manat və ya əmanətin valyutasında verilə bilər. Kredit üzrə komissiya tutulmur.
Kredit müddəti 12 ayadəkdir və depozit müddətini keçməmək şərti ilə təmin olunur. Təminat kimi borcalanın adına rəsmiləşdirilmiş depozit vəsaiti qəbul edilir. Kreditin əsas borcu müddət ərzində, faiz borcu isə aylıq ödənilir.
Faiz dərəcələri kart növünə və valyutaya görə fərqlənir: milli valyuta üzrə güzəşt müddəti olan kartlarda 28%-dən, olmayanlarda isə 24%-dən başlayır. Xarici valyutada faizlər müvafiq olaraq 22% və 18%-dir.
Krediti 18 yaşdan yuxarı olan şəxslər əldə edə bilər. Kredit üçün tələb olunan sənədlər arasında şəxsiyyəti təsdiq edən sənəd və əmanət müqaviləsi yer alır.
ABB əmanətçilərinə sərfəli nağd kredit imkanları ilə maliyyə ehtiyaclarını rahat qarşılamağa dəstək olur.
Ətraflı məlumat üçün: //abb-bank.az/az/ferdi/kreditler/emanetci-kredit-limiti
Fuad Mədətov
Finss.az