“Azərbaycan Beynəlxalq Bankı” (ABB) avtomobil almaq istəyən şəxslərə illik 13%-dən başlayan sərfəli şərtlərlə kredit təklif edir.
Finss.az xəbər verir ki, müştərilər 200 000 AZN-dək məbləğdə avtomobil krediti əldə etməklə istədikləri nəqliyyat vasitəsini 60 ayadək müddətə, minimal 0.5% (ən azı 20 AZN) komissiya ilə və cəmi 10% ilkin ödəniş etməklə əldə edə bilərlər.
Kreditlər elektrik avtomobilləri üçün 13%-dən, hibrid modellər üçün 13.5%-dən, digər avtomobillər üçün isə 14%-dən başlayan illik faizlə təqdim olunur. Müştərilər rəsmi dilerlərdən 3 ilə qədər istehsal tarixi olan və yürüşü 1000 km-dən çox olmayan avtomobilləri seçərək onlayn şəkildə kreditə müraciət edə bilərlər.
Onlayn sifariş zamanı şəxsiyyət vəsiqəsinin FİN kodu və mobil nömrə daxil edilir, uyğun ABB filialı seçilir və bununla da müştəri filiala getmədən kredit məbləğini öncədən öyrənə bilir. Kreditdən yararlanmaq üçün müştəri Azərbaycan vətəndaşı olmalı, ən azı 6 ay iş stajına malik olmalı və yaşı 20–65 arasında olmalıdır.
ABB-nin təqdim etdiyi bu kredit məhsulu xəyallarınızdakı avtomobili əldə etməyin rahat və əlçatan yoludur.
Ətraflı məlumat üçün: //abb-bank.az/az/ferdi/kreditler/avtomobil-krediti
Fuad Mədətov
Finss.az