MÜSAHİBƏ

20 İyun

Rəsmi gəliri olan şəxslərə 50 000 manatadək komissiyasız nağd kredit

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) rəsmi gəliri olan şəxslər üçün nağd pul kreditləri təklif edir.

Finss.az xəbər verir ki, “Kart sizdən – kredit bizdən” prinsipi ilə təqdim olunan bu məhsul çərçivəsində maksimum 50 000 manatadək vəsait 60 ayadək müddətə, 0% komissiya ilə verilir. Kreditin illik faiz dərəcəsi isə 10.9%-dən başlayır. Faktiki illik faiz dərəcəsi (FİFD) isə minimum 10.9%, maksimum 31.9% təşkil edir.

Kreditə müraciət etmək üçün şəxsin əməkhaqqı kartı istənilən bankdan ola bilər. Əsas tələblər sırasına rəsmi gəlirin olması, cari iş yerində azı 6 ay iş stajı və yaş həddinin minimum 20, maksimum isə kreditin bitmə tarixinədək 70 olması daxildir.

ABB həmçinin kredit həyat sığortası xidməti də təklif edir. Bu sığorta növü borcalanı ölüm və ya əmək qabiliyyətinin itirilməsi hallarından qoruyur və bu kimi vəziyyətlərdə kredit öhdəliyinin ailə üzvlərinə və ya zaminə keçməsinin qarşısını alır. Sığorta haqqı isə kreditin məbləği, müddəti və borcalanın yaşına əsasən hesablanır.

Ətraflı məlumat üçün: //abb-bank.az/az/ferdi/kreditler/nagd-kredit

Fuad Mədətov
Finss.az