2025-ci ilin birinci rübündə İran İslam Respublikasından Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 90,124 milyon ABŞ dolları olub.
Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,715 milyon dollar və ya 5% azalıb.
Hesabat dövründə Azərbaycana cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi həcminin 5,9%-i İrandan yatırılıb.
Qeyd edək ki, 2024-cü ilin ilk rübündə İrandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 94,839 milyon ABŞ dolları olub.
Ümumilikdə isə, 2025-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,519 milyard ABŞ dollarından çox təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,456 milyon dollar və ya 0,7% artımdır.
Fuad Mədətov
Finss.az