2025-ci ilin birinci rübündə Azərbaycanın portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 0,6 milyard dollar artıb, xalis maliyyə öhdəlikləri isə 4,7 milyon dollar azalıb.
Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövründə portfel investisiyaları üzrə aktivlər dövlət sektorunun (7,8 milyon dollar), bankların (480,1 milyon dollar) və digər sektorların (165,1 milyon dollar) hesabına artıb, kapitalda iştiraka təminat verən qiymətli kağızların isə (23,8 milyon dollar) hesabına azalıb.
Öhdəliklər əsasən kapitalda iştiraka təminat verən qiymətli kağızların (1 min dollar) və digər sektorların (6,4 milyon dollar) hesabına artıb, dövlət sektorunun (11,1 milyon dollar) və bankların (18 min dollar) hesabına isə azalıb.
Fuad Mədətov
Finss.az