MÜSAHİBƏ

19 İyun

Bu ilin I rübündə Azərbaycanın turizm xidmətləri dövriyyəsi 8,8% artıb

2025-ci ilin birinci rübündə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% artaraq 751,9 milyon ABŞ dolları təşkil edib.

Finss.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, hesabat dövründə turizm xidmətləri üzrə ixrac 380,5 milyon, idxal isə 371,4 milyon ABŞ dolları olub. Bunun nəticəsində 9,1 milyon ABŞ dolları profisit yaranıb.

Eyni zamanda, xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 0,7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 1,1% azalıb.

Xarici ölkələrin Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin 79,2%-i şəxsi səfərlərlə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri ötən ilə nisbətən 12,5 dəfə azalaraq 0,4 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə 61% artaraq 0,5 milyard ABŞ dollarına çatıb.

Fuad Mədətov
Finss.az