MÜSAHİBƏ

19 İyun

Bu ilin I rübündə Azərbaycanın xalis maliyyə öhdəlikləri 45,1 milyon dollar azalıb

2025-ci ilin birinci rübündə Azərbaycanın xalis maliyyə öhdəlikləri 45,1 milyon ABŞ dolları azalıb.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 45,6 dəfə azdır.

Rüblük azalma ölkəyə cəlb olunmuş birbaşa investisiyaların 1 milyard 519 milyon ABŞ dolları artması (0,7% çox), cəlb olunmuş investisiyaların repatriasiyasının 1 milyard 758,6 milyon ABŞ dolları azalması (5,8% az), neft bonusunun 450,2 milyon ABŞ dolları artması (1,4% az), portfel investisiyalarının 4,7 milyon ABŞ dolları azalması (191,2 dəfə az) və digər investisiyaların 251 milyon ABŞ dolları azalması (5 dəfə az) hesabına təmin olunub.

Fuad Mədətov
Finss.az