MÜSAHİBƏ

19 İyun

Azərbaycan iqtisadiyyatına bu il 1,5 milyard dollar birbaşa xarici investisiya cəlb olunub

Cari ilin ilk üç ayında Azərbaycana birbaşa xarici investisiya qoyuluşu 1,5 milyard ABŞ dolları təşkil edib.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, yatırılan investisiyaların əsas hissəsi Birləşmiş Krallıq (405,8 milyon dollar), Türkiyə (300,9 milyon dollar), Cənubi Kipr (181 milyon dollar), Birləşmiş Ərəb Əmirlikləri (100,4 milyon dollar) və İrandan (90,1 milyon dollar) daxil olub.

Eyni dövrdə Azərbaycan xarici ölkələrin iqtisadiyyatına 315 milyon dollar birbaşa investisiya yönəldib. Bu vəsaitin böyük hissəsi Türkiyə (92,6 milyon dollar), Böyük Britaniya (27,8 milyon dollar), İspaniya (20,9 milyon dollar) və Rusiyaya (18,4 milyon dollar) yatırılıb.

Fuad Mədətov
Finss.az