Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının tərəfdaşlığı ilə həyata keçirilən “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində PAŞA Bank aqrar sahənin maliyyələşdirilməsinə başlayıb.
Finss.az xəbər verir ki, layihə çərçivəsində bank fermerlərə və aqrar sahibkarlara investisiya kreditləri, qısa müddətli dövriyyə vəsaitlərinin artırılması kreditləri və dəyər zəncirinin maliyyələşdirilməsi üzrə kreditlər təklif edir. Kreditlər həm manat, həm də ABŞ dolları ilə təqdim olunur.
İnvestisiya kreditləri kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, avadanlıq və texnoloji proseslərin müasirləşdirilməsinə, həmçinin bazara çıxışın yaxşılaşdırılmasına yönəlib. Kredit məbləği 50 min manatdan başlayaraq 500 min manata qədər müəyyən edilir və 2 ildən 7 ilədək müddəti əhatə edir.
Kredit faizləri və komissiya məbləği fərdi razılaşma əsasında müəyyən olunur. Güzəşt müddəti isə 6 aya qədər nəzərdə tutulub.
Bu maliyyələşmə aqrar sektorun modernləşdirilməsi və yerli məhsulların rəqabət qabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Ətraflı məlumat üçün: //www.pashabank.az/kredit_manat_dollar_euro_corporate_loans,913/lang,az/
Fuad Mədətov
Finss.az