MÜSAHİBƏ

17 İyun

Vətəndaşlara 4%-lə 100 min manatadək ipoteka krediti təqdim olunur

PAŞA Bank, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına maliyyələşdirilən güzəştli ipoteka krediti çərçivəsində MİDA tərəfindən inşa edilən mənzillərin alınması üçün sərfəli maliyyə dəstəyi təklif edir.

Finss.az xəbər verir ki, kreditin şərtlərinə əsasən, mənzil dəyərinin minimum 10 faizi ilkin ödəniş kimi tələb olunur. Maksimal kredit məbləği 100 min manat, illik faiz dərəcəsi isə 4 faiz təşkil edir. Kredit müddəti 3 ildən 30 ilədək müəyyən olunur.

Bu imkan, sosial mənzil proqramından yararlanmaq istəyən vətəndaşlara dəstək məqsədi daşıyır.

Ətraflı məlumat üçün: //ipoteka.pashabank.az/az/ipoteka/mida/details

Fuad Mədətov
Finss.az