MÜSAHİBƏ

12 İyun

Mənzil sahibi olmaq istəyənlər üçün uzunmüddətli kredit imkanı yaradılır

Yelo Bank, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müştərilərinə ipoteka krediti təqdim edir.

Finss.az xəbər verir ki, kreditin məbləği adi ipoteka üçün 150 000 manatadək, güzəştli ipoteka üçün isə 100 000 manatadək müəyyən edilib. Müddət, müvafiq olaraq, 300 və 360 ayadək dəyişir. Adi ipoteka üzrə illik faiz dərəcəsi 8 faiz, güzəştli ipoteka üzrə isə 4 faiz təşkil edir.

Kredit almaq üçün borcalandan şəxsiyyət vəsiqəsi, ailə tərkibi və gəlirləri təsdiq edən sənədlər tələb olunur. Fərdi sahibkarlar əlavə olaraq vergi bəyannamələrini və qeydiyyat sənədlərini təqdim etməlidirlər.

Bank bildirir ki, güzəştli ipoteka kreditindən yalnız bir dəfə istifadə etmək mümkündür. Bu imkandan şəhid ailələrinin üzvləri, Milli Qəhrəmanlar, məcburi köçkünlər, dövlət qulluqçuları, müəllimlər, elmi dərəcəsi olan şəxslər və digər aid kateqoriyadakı vətəndaşlar yararlana bilər.

Yelo Bank bu kredit məhsulu ilə müştərilərinə uzunmüddətli və sabit şərtlərlə mənzil sahibi olmaq imkanı yaradır.

Ətraflı məlumat üçün: //www.yelo.az/az/individuals/loans/ipoteka-krediti/

Fuad Mədətov
Finss.az