Bank of Baku ödənişli əsaslarla təhsil alan şəxslərə və onların ailə üzvlərinə 20 min manata qədər təhsil krediti təklif edir.
Finss.az xəbər verir ki, kredit 3 aydan 59 aya qədər müddətə rəsmiləşdirilir, illik faiz dərəcəsi isə minimum 16%-dən başlayır. Kreditin komissiya haqqı 0%-dən hesablanır, faktiki illik faiz dərəcəsi (FİFD) isə 16%-dən yuxarıdır. Aylıq annuitetlə ödəniş sistemi tətbiq olunan kredit AZN valyutası ilə təqdim olunur.
Ərizəçinin yaşı minimum 20 olmalı, kreditin son ödənişi zamanı 70 yaş həddini keçməməlidir. İş stajı minimum 3 ay tələb olunur. 15 000 manata qədər məbləğdə kredit üçün zamin tələb olunmaya bilər. Kredit üçün şəxsiyyət vəsiqəsi, gəlir sənədi, tələbənin təhsil aldığı barədə arayış və şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.
Ətraflı məlumat üçün: //www.bankofbaku.com/az/kreditler/nagd-pul-kreditleri/133
Fuad Mədətov
Finss.az