MÜSAHİBƏ

11 İyun

50,000 AZN-dək nağd pul krediti: 9.9%-dən başlayır

Bank of Baku ASC 50,000 AZN-dək nağd pul krediti təqdim edir.

Finss.az xəbər verir ki, kreditin müddəti 3 ay ilə 59 ay arasında dəyişir, illik faiz dərəcəsi isə minimum 9.9%-dir. Kredit yalnız Azərbaycan manatı (AZN) valyutasında verilir və komissiya 0%-dən başlayır. Ödənişlər aylıq annuitet üsulu ilə həyata keçirilir.

Kreditə dövlət və özəl müəssisələrin əməkdaşları, həmçinin təqaüdçülər müraciət edə bilərlər. Borcalanın son iş yerində ən azı 6 ay stajı olmalıdır. Yaş həddi minimum 20, kreditin son ödənişi zamanı isə maksimum 70 yaşa qədərdir. Əmək haqqı və ya təqaüd məbləği üzrə minimum tələblər qoyulmur.

Müraciət üçün tələb olunan sənədlər arasında şəxsiyyət vəsiqəsi, iş yerindən arayış və ya rəsmi gəlirləri təsdiq edən digər sənədlər (maaş kartı hesabından çıxarış, elektron arayış) yer alır. Zamin tələb olunmur, borclanma limitindən asılı olaraq 50,000 AZN-dək kredit zaminsiz əldə edilə bilər.

Bank həmçinin kredit götürənlərə ölüm və ya əlillik kimi xoşagəlməz hallar zamanı risklərə qarşı könüllü həyat sığortası təklif edir. Sığorta Bank of Baku-nun əməkdaşlıq etdiyi sığorta şirkətlərindən birində həyata keçirilə bilər.

Ətraflı məlumat üçün: //www.bankofbaku.com/az/kreditler/nagd-pul-krediti/129

Fuad Mədətov
Finss.az